Məktəbə adaptasiya prosesinə dəstək

22 Sentyabr 2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin psixoloqları Lalə Muradlı və Ayşən Şahlarlı tərəfindən 1-ci sinif şagirdlərinin valideynləri ilə " Məktəbə adaptasiya prosesinə dəstək" mövzusunda seminar keçirildi. Valideynlərə şagirdlərin məktəb mühitinə uyğunlaşması zamanı özünü göstərən çətinliklər və çətinliklərin aradan qaldırılması yolları,yaş dövrünün xüsusiyyətləri,bu dövrdə düzgün valideyn dəstəyinin əhəmiyyəti haqqında məlumat verildi və müzakirə aparıldı.Daha sonra mövzu ilə bağlı suallar ətraflı cavablandırıldı.Sonda valideynlərə şagirdlər haqqında ümumi məlumatların toplanması məqsədi ilə anket sorğusu təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi