Milli Musiqi Günü

18 Sentyabr 2023-cü il tarixində T.Bağırov adına 59 saylı tam orta məktəbdə Tİ üzrə müavin Nəsirova Aynurənin təşkilatçılığı, musiqi müəllimi Heydərov Orxan müəllim rəhbərliyi ilə “Milli Musiqi Günü” mövzusunda dərs keçirildi. Müəllim şagirdlərə musiqi tarixi, Üzeyir Hacıbəyovun operaları, operettaları, kantataları haqqında geniş məlumatlar verdi. Sonda dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi