15 Sentyabr "Bilik günü"

15 Sentyabr 2023-cü il tarixində T.Bağırov adına 59 saylı tam orta məktəbdə “15 Sentyabr Bilik Günü H.Əliyev ili” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər və qonaq qismində Xətai Rayon Bələdiyyə sədrinin müavini Nərminə Hacıyeva, şəhid polkovnik-leytanant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov iştirak etdilər. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Məktəbin direktoru Əhmədova Pikə xanım öz çıxışında məktəbə ilk qədəmlərini qoyan birinciləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, məzunlarımızın bu il qəbul imtahanlarında əldə etdikləri uğurlardan, şagirdlərimizin beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərdən danışdı. Bu ilin ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi H.Əliyevin anadan olmasının 100 ili tamam olmasını vurğuladı. H.Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olması haqqında fikirlər ifadə etdi. Həmçinin, birincilər tədbirdə şeir nümunələri söylədilər, şəhidlər abidəsini ziyarət edərək, gül dəstələrini abidə önünə qoydular. Sonda ilk zəngin sədaları altında şagirdlər siniflərə daxil oldular. İlk dərs saatları “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur. “ adlı mövzuda keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi