İnsan Hüquqları Aylığı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olan məlumata əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) tərəfindən hər il olduğu kimi 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq T.Bağırov adına 59 saylı tam orta məktəbin VI və VIII sinif şagirdlərinin iştirakı ilə Tİ üzrə müavin Nəsirova Aynurənin təşkilatçılığı, UBTR Əhmədova Leyla, məktəbin psixoloqu Şahlarlı Ayşənin iştirakı ilə “18 İyun- İnsan Hüquqları Günüdür!” mövzusunda seminar keçirildi. Seminarda şagirdlərə öz hüquq və vəzifələri haqqında ətraflı məlumatlar verildi, məktəblilərin hüquq və vəzifələrinin onun ölkəsinin qanunları və Uşaq Hüquqları üzrə BMT Konvensiyası ilə qorunması barədə fikirlər söyləndi.