VII Ə sinif şagirdləri

T.Bağırov adına 59 saylı tam orta məktəbin VII Ə sinif şagirdləri sinif rəhbərləri Hacıyeva Rövşanə müəllimənin rəhbərliyi ilə İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisində ekskursiyada iştirak ediblər. Sərgidə müxtəlif kitab təqdimatları, yerli və xarici yazıçılarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir. Sərgidə həmçinin nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstək olmaqdır.