Təhlükəsiz qida ilə sağlam gələcəyə

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən tədbir çərçivəsində müsabiqədə qalib gələn şagirdlərin əsərlərindən ibarət sərgi təşkil olundu. Mərasimdə AQTA sədri Qoşqar Təhməzli, Agentlik yanında İctimai Şuranın üzvləri, “Məktəblinin dostları” və müsabiqənin qalibi olan şagirdlər iştirak etdilər. T.Bağırov adına 59 saylı tam orta məktəbin 9B sinif şagirdi Hüseynəliyeva Aydanın rəsm əsəri də sərgidə nümayiş olundu. Əvvəlcə sərgiyə baxış keçirildi. Nümayiş etdirilən əsərlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Daha sonra müsabiqəyə təqdim edilən 757 rəsmin içərisindən seçilmiş 30 ən yaxşı əsərin müəllifi mükafatlandırıldı. Qaliblərdən birinci yerə layiq görülən 3 nəfər, ikinci yeri tutan 5 nəfər, üçüncü yerə sahib çıxan 10 məktəbliyə və həvəsləndirici yerlərə layiq görülən digər şagirdlərə Agentlik tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi