Vətən uğrunda

· Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbin məzunu, şəhid əsgər Əliyev Denisin adını daşıyan 7F sinif şagirdləri sinif rəhbərləri Həsənova Günay müəllimənin rəhbərliyi ilə şəhidin doğum günündə onun məzarını ziyarət edib, əziz xatirəsini yad ediblər. Denis Aleksandr oğlu Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. 1995-2006-cı illərdə Xətai rayonunda T.Bağırov adına 59 saylı tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Denis Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi