Heydər Əliyev ili

26 may 2023-cü il tarixində Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbdə“Heydər Əliyev ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdmansevərlər” layihəsinin icrasına əsasən 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirin əvvəlində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi,dövlət himni səsləndi. Daha sonra T.Bağırov adına 59 saylı tam orta məktəbin direktoru Əhmədova Pikə xanım şagird və müəllimləri salamladı. 28 May Müstəqillik Gününün Azərbaycan tarixinin şanlı səhifələrindən olması barədə danışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi ölkəmizdə idmana böyük qayğı və diqqətin artmasını vurğuladı. İdman sahəsində beynəlxalq arenalarda gənclərimizin qazandıqları uğurların da bunun bariz nümunəsi olduğunu qeyd etdi. Tədbirdə şagirdlər arasında müxtəlif idman yarışları keçirildi, musiqi nümunələri səsləndi, rəqslər nümayiş olundu. Sonda tədbirdə iştirak edən bütün şagirdlər məktəb rəhbərliyi tərəfindən ictimai işlərdə fəal iştiraklarına görə Təltifnamə ilə təltif olundular. Həmçinin məktəbin direktoru tədbirin təşkil olunmasında əziyyəti olan Tİ üzrə müavin Nəsirova Aynurə, UBTR Əhmədova Leyla, tədbirdə iştirak edən şagirdlərin sinif rəhbərləri Əhmədova Vəsilə, Baxışova Rübabə, Ağayeva Xuraman, Salmanova Aybəniz, Əmirova Şəhla, Fərzəliyeva Sevil, Məmmədova Əminə, Əzimova Gülşad müəllimlərə öz təşəkkürünü bildirdi.