Ulu Öndəri düşünərkən

25 may 2023-cü il tarixində Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinin final mərhələsi keçirildi. Final mərhələsində iştirak hüququ qazanan rəsm əsərinin müəllifi T.Bağırov adına 59 saylı tam orta məktəbin 11Ç sinif şagirdi Həsənzadə Süsənbər və məktəbin UBTR Əhmədova Leyla sərgidə iştirak etdilər. Rəsm müsabiqəsi Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət parkında təşkil olundu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Rəssamlar İttifaqının Fəxri üzvü Ağalar İbrahimov və bir sıra məsul şəxslər iştirak etdi. Şagirdimizin rəsmi təşkilatçılar tərəfindən bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi