Dəyərlərimizi qoruyaq

“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində T.Bağırov adına 59 saylı tam orta məktəbdə “Mətbəx mədəniyyətimizdir” adlı kulinariya günləri keçirildi. Məktəbin kitabxana müdiri Əhmədova Seyidxanım kulinariyaya həsr olunmuş kitablarla şagirdləri tanış etdi. Daha sonra texnologiya fənnini tədris edən İmranova Günel müəllimə milli mətbəximiz barədə şagirdlərə məlumat verdi.