Açıq qapı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Ailəm və məktəbim” layihəsi çərçivəsində 24 may 2023-cü il tarixində valideynlərin məktəb ilə yaxından tanışlığının təmin olunması, məktəbin tədris üzrə resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması məqsədi ilə “Açıq qapı” günü təşkil olundu. Valideynlər məktəbi gəzərək yeməkxana, tibb otağı, kitabxana, psixoloq otağı ilə tanış oldular. Dərslərdə iştirak eliyən valideynlər dərs prosesi ilə yaxından tanış oldular. Yekunda məktəb rəhbərliyinin valideynlərlə görüşündə valideynləri maraqlandıran suallar cavablandırıldı. Sonda valideynlər məktəb rəhbərliyi və müəllim heyyətinin övladlarına diqqət və qayğısını yüksək qiymətləndirdiklərini söyləyib, təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi