Kiçik Akademiya

23.05.2023-cü il tarixində Kiçik Akademiyanın yekun hesabat iclası keçirildi. T.Bağırov adına 59 saylı tam orta məktəbin müəllimi, Kiçik Akademiya layihəsinin rəhbəri Hüseynova Ülkər müəllimə və kiçik akademiyanın üzvləri də iclasda iştirak etdilər. Kiçik Akademiyanın fəal üzvləri Bayramzadə Zeynəb və Tağızadə Məhəmməd öz uğurlu layihələri haqqında ətraflı məlumatlar verdilər. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.