Ailəm və məktəbim

“Ailəm və məktəbim” layihəsi çərçivəsində planlaşdırılan tədbirlərdən biri şagirdlərlə valideynlərin mütaliəyə birgə cəlb edilməsidir. Bu məqsədlə 2F sinfinin valideynləri məktəbin kitabxanasının qonağı oldular. Onlar öz övladları və məktəbin kitabxanaçısı ilə birlikdə bir neçə əsər seçərək onları müzakirə etdilər,şagirdlər öz fikirlərini səsləndirdilər.