Uşaqlar və pullar

Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynalxalq kart təşkilatı tərəfindən 9 fevral 2023-cü il tarixində Qlobal Pul Həftəsi çərçivəsində "Uşaqlar və pullar" virtual kursu üzrə elan olunan müsabiqə başa çatdı. Müsabiqəyə 7380 nəfərdən çox iştirakçı maraq göstərmiş, 1527 nəfər müsabiqədə iştirak etmiş və 747 iştirakçı uğurlu olmuşdur. Qaliblər Milli Bankda təşkil olunan tədbirə dəvət alaraq təltif edildilər. Bu tədbirdə iştirak edən T.Bağırov adına 59 saylı tam orta məktəbin təltif olunan şagirdləri: Abbaslı Röya Rəşad qızı Babayev Sübhan Əlibaba oğlu Bayramzadə Zeynəb Fariz qızı Əkbərova Zəhra Emin qızı Eyvazov Şahbaz Teymur oğlu İmranlı Səccad Niyaməddin oğlu Meşədiyev Nicat Elxan oğlu Mustafayeva Ayan Vüsal qızı Paşayev Zaur Rövşən oğlu Rəhimova Ülkər Vasif qızı Rüstəmli Nuran Rəsul qızı Layihəni kiçik akademiyanın rəhbəri Ülkər Hüseynova təşkil etdi. Buna görə Milli Bank tərəfindən müəlliməmiz “Təşəkkürnamə” ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi