İdmansevərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İdmansevərlər” layihəsinin 4.1 bəndinin icrasına əsasən T.Bağırov adına 59 saylı tam orta məktəbin müxtəlif siniflərində Tİ üzrə müavin Nəsirova Aynurənin təşkilatçılığı ilə məktəbin tibb bacısı Məmmədova Təranə sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı görüşlər keçirdi. Burada şagirdlərə rahat yaşamaq, sağlam həyat tərzi keçirmək üçün hansı vacib şərtlərə əməl etmələri haqqında məlumatlar verildi. Sağlam yaşamağın təməlində sağlam qidalanmanın dayanması, qəbul etdiyimiz qidaların istər keyfiyyətinin, istərsə də miqdarının orqanizmə necə təsir göstərmələri barədə maarifləndirici fikirlər ifadə edildi.