Sosial Xidmətlər Agentliyi

28.04.2023-cü il tarixində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən lahiyə çərçivəsində T.Bağırov adına 59 saylı orta məktəbdə görüş keçirildi. Təşkil olunan görüşdə məktəbin direktoru Əhmədova Pikə xanım, TTİM üzrə müavinlər Əliyeva Sevinc, Süleymanova Güllü, Eminova İradə, Tİ üzrə müavin Nəsirova Aynurə, Sosial Xidmətlər Agentliyinin Bakı filialının psixoloqu Aytac Zeynalova və Sosial işçi Nuhov Xancan, “Məktəblinin dostu lahiyəsinin” əməkdaşları iştirak etdilər. Görüşdə bir sıra problemlər müzakirə olundu, Sosial Xidmətlər Agentliyi və Bakı şəhər təhsil idarəsinin məktəblərdə göstərəcəyi dəstəkdən məlumatlar verildi, həmçinin ailədaxili münasibətlər, uşaqların valideyinləri ilə münasibətləri, davranış qaydaları, çətin tərbiyə olunan uşaqlar və s.problemlerden söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi