TİMSS 2023 beynəlxalq qiymətləndirmə

Azərbaycan TİMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edir. 20 aprel 2023-cü il tarixindən başlayan bu tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Təhsil İnistutu tərəfindən həyata keçirilir. 20,27 aprel tarixlərində T.Bağırov adına 59 saylı tam orta məktəbdə koordinator Tağıyeva R. tərəfindən IV və VIII siniflərdə şagirdlər üçün proqram əsasında riyaziyyat fənni üzrə təlim keçirilib. Təlimdə şagirdlər aktiv iştirak etdilər, onlara maraqlı olan suallar koordinator Tağıyeva R. tərəfindən ətraflı cavablandırıldı.