TRT Uluslararası 23 Nisan Çocuk Şenliği

T.Bağırov adına 59 saylı tam orta məktəbin 4 "Ə" sinfinin şagirdi Əliyarlı Aylin Türkiyədə dövlət bayramı kimi qeyd olunan 23 aprel uşaqlar gününə həsr olunan dünyanın ən böyük və 1979-cu ildən bəri hər il keçirilən "TRT Uluslararası 23 Nisan Çocuk Şenliği" adlı musiqili uşaq festivalında iştirak etmək üçün, "Təbəssüm" Uşaq musiqili teatrının rəqs ansamblının tərkibində Türkiyənin İstanbul şəhərinə yola düşüb. Aprelin 23-də “Təbəssüm" Uşaq musiqili teatrının rəqs ansamblının tərkibində İstanbulda keçirilmiş "TRT Uluslararası 23 Nisan Çocuk Şenliği"-də ölkəmizi təmsil edib. 24 ölkədən 200 dən artıq uşağın qatıldığı festival Türkiyənin TRT 1 kanalı vasitəsilə canlı yayımlanıb. Xaricdən gələn uşaqları qəbul edən Türkiyə Böyük Millət Məclisinin başçısı Mustafa Şentopla görüşdə də Azərbaycanı Aylin təmsil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi