Zəlzələlər və onu yaradan səbəblər

Xətai rayonu T.Bağırov adına 59 saylı məktəbin akt zalında Kiçik Akademiyanın rəhbəri Hüseynova Ülkər müəllimənin təşkilatçılğı ilə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədovun şagirdlərlə görüşü keçirildi. Görüşdə məktəbin direktoru Pikə Əhmədova, məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Əvəz müəllim burada “Zəlzələlər və onu yaradan səbəblər" mövzusunda məruzə ilə çıxış etdi. Çıxışında yer qabığında gedən geodinamiki proseslər, tektonik hərəkətlər haqqında geniş məlumat verdi. Həmçinin zəlzələnin yer qabığında yaratdığı fəsadlar, ona qarşı mübarizə tədbirləri haqqında da məlumat verildi. Gələcəkdə şagirdlərin bu sahə üzrə ixtisaslaşmasında ali təhsillərini BDU-nun Geologiya fakültəsində davam etdirməsi üçün yüksək səviyyədə maddi-texniki bazasının mövcud olması haqqında fikirlərini səsləndirdi. Görüş maraqlı disskusiya şəraitində keçdi. Sonda şagirdlər mövzu haqqında onları maraqlandıran sualları Əvəz müəllimə ünvanladılar, o da öz növbəsində hər bir sualın ətraflı, izahlı cavablarını səsləndirdi.