Ümidli gələcək

T.Bağırov adına 59 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə lahiyəsi olan “Ümidli gələcək” təşkilatının nümayəndəsi ilə məktəbin VI sinif şagirdləri arasında “Reproduktiv sağlamlıq” mövzusunda görüş təşkil olundu. Tədbirdə təşkilatın əməkdaşı Qəmbərova R. görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s. barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdi, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər apardı. Tədbirdə həmçinin Tİ üzrə müavin Nəsirova Aynurə, UBTR Əhmədova Leyla da iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi