Erkən nigahın fəsədları

18.04.2023-cü il tarixində T.Bağırov adına 59 saylı orta məktəbin 8 və 9 sinif oğlan və qızlarına “Erkən nigahın fəsədları”, 9-cu sinif oğlan və qızlarına “Qohumlararası nigahların fəsadları” mövzusunda tədbir keçirildi. Tədbirdə Tİ üzrə müavin Nəsirova Aynurə, UBTR Əhmədova Leyla, Biologiya metodbirləşmə sədri Əhmədova Həcər, məktəbin tibb bacısı Məmmədova Təranə, digər biologiya müəllimləri və şagirdlər iştirak etdilər. Həcər müəllimə öz çıxışında erkən nigah və qohumlar arasında nigah hallarının aktual ailə problemlərindən biri olduğunu qeyd etdi. Erkən yaşda ailə quran qızların təhsildən kənarda qalmasını, özlərinin hələ uşaqlıq dövrü yaşadığı üçün həmin qızların gələcək həyatlarında müxtəlif problemlərlə üzləşməkləri haqqında danışdı. Biologoya müəllimi Nuriyyə müəllimə erkən nigahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına almaqla yanaşı, həmçinin risklər də yaratdığını vurğuladı. Belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olması haqqında danışdı. Daha sonra şagirdlərin özləri mövzuya uyğun hazırladıqları təqdimatları səsləndirdilər. Məktəbin tibb bacısı qohum nigahlarının fəsadları barədə öz fikirlərini söylədi. Şagirdlər mövzuya uyğun videoçarx izlədilər, sonra hazırladıqları səhnəciyi nümayiş etdirdilər. Tİ üzrə müavin Nəsirova Aynurə qohum nigahlarının fəsadları, bununla bağlı genetik xəstəliklərin yaranması haqqında danışdı. Sonda şagirdlərin bu mövzularda nə dərəcədə maarifləndiklərini yoxlamaq məqsədilə anket sorğu keçirildi.