Batareyaları təhvil ver, təbiəti qoru

Bakı şəhəri Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbdə 15.04.2023-cü il tarixində Ekoloji bilik günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və məktəbin Tİ üzrə müavin Nəsirova A, Kiçik Akademiyanın rəhbəri Hüseynova Ülkər müəllimə, UBTR Əhmədova L, ingilis dili müəllimi Ağayeva Ş. təşkilatçılığı, müəllim və şagirdlərin iştirakı ilə məktəblilərlə maarifləndirici görüş keçirilib. Görüşün məqsədi orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması idi. Şagirdlərin aktiv iştirak etdiyi görüşdə Nazirliyin əməkdaşları tərəfindən onlara təbii sərvətlərin qorunması, tullantılarının düzgün idarə olunması, insan sağlamlığına, ətraf mühitə mənfi təsir göstərən işlənmiş batareyaların zərərləri, ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər və s. mövzularda geniş informasiya verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində məktəbə işlənmiş batareyalar üçün toplama qutusu təqdim edilib. Görüş zamanı şagirdlər topladıqları işlənmiş batareyaları həmin qutuya atıb. Sonda məktəblilərə ətraf mühitin mühafizəsi ilə bağlı kitablar hədiyyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi