Heydər Əliyev ili

Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbin UBTR Leyla Əhmədova və Kiçik Akademiyanın rəhbəri Hüseynova Ülkər müəllimənin rəhbərliyi ilə “Heydər Əliyev ili” çərçivəsində məktəbin şagirdlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiyada müxtəlif növ ağac tingləri əkildi, əkilən ağaclar suvarılıb onlara qulluq göstərildi. Aksiyanın məqsədi yaşıllıqların genişləndirilməsi, təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması idi.