Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiya.

Şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə 8Ə sinif şagirdləri UBTR Əhmədova Leyla, sinif rəhbəri İmanquliyeva L və fənn müəllimlərinin iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiyada oldular. Burada şagirdlər muzeyin tarixi, daimi ekspozisiyasında 3000-dən çox əsərin sərgiləndiyi, Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına aid müxtəlif sayda əsərlərin olması haqqında məlumatlar öyrəndilər.