Şəhidin anım gününə həsr olunmuş tədbir keçirildi.

https://www.facebook.com/100057848821545/videos/pcb.636094281662194/2287538031407649

 

Xətai rayonu T. Bağırov adına 59 saylı tam orta məktəbin məzunu şəhid kəşfiyyatçı,leytenant Vüqar Yarəhmədovun adını daşıyan 7D sinfində şəhidin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Tİ üzrə müavin Nəsirova A təşkilatçılığı, sinif rəhbəri Nağıyeva Simuzər müəllimənin rəhbərliyi ilə təşkil olundu. Tədbirdə məktəbin direktoru Əhmədova Pikə xanım,UBTR Əhmədova Leyla,digər müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi. Daha sonra məktəbin direktoru şagirdlərə vətən uğrunda düşmənlə qorxmadan vuruşan, canını fəda edən şəhidlərimizin adına layiqli gənc kimi formalaşmaqları barədə öz tövsiyələrini verdi. Şagirdlər şəhid leytenant Vüqar Yarəhmədov haqqında məlumatlar verdilər, qəhrəmanlığa aid şeirlər söylədilər. Şəhidin həyat yolundan bəhs olunan videoçarx nümayiş olundu. Sonda Simuzər müəllimə qeyd etdi ki, şagirdlər daha məsuliyyətli olmalı, şəhidin vətənə olan sevgisini ona layiq olan formada davam etdirməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi