Narkomaniyaya yox deyək

07.04.2023-cü il tarixində T.Bağırov adına 59 nömrəli məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi. Tədbirdə Xətai Rayon Polis idarəsinin rəisi polkovnik cənab Vaqif Müslümov, Xətai Rayon Polis İdarəsinin şəxsi heyyət üzrə köməkçisi polis polkovnik-leytenant cənab İdris Məhərrəmov, Xətai Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar bölməsinin əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,həmin şöbənin baş məsləhətçisi Mehriban İsrafilova, məktəbin məzunu şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov iştirak etdilər. Tədbirin əvvəlində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi,daha sonra dövlət himni səsləndi. Məktəbin direktoru Əhmədova Pikə xanım qonaqları salamladı,müasir dövrümüzün bəlalarından olan narkomaniyanın zərərlərindən danışdı. Daha sonra Xətai Rayon Polis İdarəsinin şəxsi heyyət üzrə köməkçisi polis polkovnik-leytenant cənab İdris Məhərrəmov öz çıxışında narkomaniyanın qarşısının alınmasında əsas məqsədin sağlam mühit və sağlam gələcək yaratmaq olduğu haqqında danışdı. Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov öz çıxışında narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini söylədi. Narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki və psixoloji cəhətdən məhv olmasını vurğuladı. Sonra qonaqlar mövzuya uyğun videoçarx izlədilər,şagirdlər hazırladıqları səhnəciyi nümayiş etdirdilər. Şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı,vətənimizə layiqli gənc kimi formalaşmaları ilə bağlı öz tövsiyələrini söylədi. Sonda Xətai Rayon Polis idarəsinin rəisi polkovnik cənab Vaqif Müslümov çıxış etdi. Narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrindən olduğunu vurğuladı. Tədbirin təşkili üçün məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi.