Heydər Əliyev ili

05.04.2023-cü il tarixində məktəbimizdə “Heydər Əliyev ili” çərçivəsində UBTR Leyla Əhmədova, Kiçik Akademiyanın rəhbəri Hüseynova Ülkər müəllimənin rəhbərliyi ilə məktəbin fəaliyyət planına əsasən “Gələcəyimiz üçün bir ağac əkək” adlı aksiya keçirildi. Aksiyada məktəbin müxtəlif siniflərinin şagirdləri və müəllimlər iştirak etdilər. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.