Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır

05.04.2023-cü il tarixində T.Bağırov adına 59 saylı məktəbdə Tİ üzrə direktor müavini Nəsirova Aynurə müəllimənin təşkilatçılığı,tarix metodbirləşmə sədri Orucova Afət müəllimə,tarix müəllimləri Hacıyeva Rövşanə, Vəliyeva Gülxanım müəllimənin rəhbərliyi ilə Aprel döyüşlərinə həsr olunmuş”Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı tədbir təşkil olundu. Tədbirdə məktəbin direktoru Əhmədova Pikə xanım,UBTR Əhmədova Leyla, tarix fənn müəllimləri Əbdülrəhmanova Yeganə, Məmmədli Sevinc və şagirdlər iştirak etdilər. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Daha sonra məktəbin direktoru Pikə xanım Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən 7 il keçməsini qeyd etdi. Həmin döyüşlərdə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Erməni ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edilməsi haqqında danışdi, sonra şagirdlər döyüşlərlə bağlı tarixi faktlardan danışdılar,vətənpərvərlik mövzusunda şeirlər söylədilər, Aprel döyüşlərinə aid videoçarx nümayiş olundu. Sonda bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi