Azərbaycanın inkişafı və tərəqqisi, onun dünyaya İnteqrasiyası ilə bağlı dərs keçirildi.

03.04.2023-cü il tarixində məktəbin fəaliyyət planına əsasən T.Bağırov adına orta məktəbin 7E sinfində coğrafiya müəllimi Əsgərova Yaqut müəllimənin rəhbərliyi ilə Azərbaycanın inkişafı və tərəqqisi, onun dünyaya İnteqrasiyası ilə bağlı dərs keçirildi. Dərsdə Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatların, düşünülmüş strategiyanın respublikamızın hərtərəfli inkişafına, qabaqcıl ölkələr sırasına qoşulmasına imkan yaratması haqqında danışıldı,şagirdlər arasında fikir mübadiləsi aparıldı.