31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

31.03.2023-cü il tarixində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirildi. Tədbir məktəbin Tİ üzrə direktor müavini Nəsirova A. təşkilatçılığı, Tarix metodbirləşmə sədri Orucova Afət müəllimənin rəhbərliyi ilə təşkil olunmuşdu. Tədbirdə TTİ üzrə direktor müavini Süleymanova G., Tarix fənn müəllimləri iştirak etdilər. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Daha sonra şagirdlər soyqırım günü ilə bağlı tarixi faktlar və müxtəlif məlumatlar səsləndirdilər. Soyqırım günü ilə bağlı şeir nümunələri söylədilər. Tədbirin sonunda bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.