Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz

https://www.facebook.com/100057848821545/videos/pcb.628451005759855/177034211804569
25 mart 2001-ci il Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun doğum günüdü. Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə-Zunud kəndində anadan olub. 1-ci sinifdən 8-ci sinfə qədər T.Bağırov adına 59 saylı tam orta məktəbin şagirdi olub. II Qarabağ Müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının alınmasında iştirak edib. 28 oktyabr 2020-ci ildə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Elmir Umudlu 31 oktyabr 2020-ci il tarixində ata-baba yurdu olan Şəki rayonunun İnçə-Zunud kəndində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Bugünkü tarixdə məktəbimizin şagirdləri şəhidimizin ruhuna ehtiram göstərib,xatirəsini uca tutub yad etdilər. Məktəbimizin müəllim kollektivi və şagirdləri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad etdilər.