5F sinif şagirdləri

Məktəbimizin 5F sinif şagirdləri TTİ üzrə müavin Əliyeva Sevinc müəllimə və UBTR Əhmədova Leyla müəllimənin rəhbərliyi ilə Bakı Zooloji Parkında ekskursiyada oldular. Şagirdlər ekskursiyada parkın ərazisini gəzərək heyvan növləri ilə tanış oldular. Zooparkda Qırmızı kitaba düşən heyvanlar haqqında məlumatları dinlədilər.