17.03.2023-cü il tarixi Novruz bayramı

17.03.2023-cü il tarixində Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbin kollektivinin təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi,pedaqoji heyəti və texniki işçiləri iştirak etdilər. Tədbirin sonunda məktəbin direktoru Əhmədova Pikə xanım məktəb kollektivini Novruz bayramı münasibətilə təbrik etdi və fəal müəllimləri,müxtəlif texniki işçiləri Fəxri Fərmanla mükafatlandırdı. Tədbirin təşkil olunmasında ATİAHİ-nın Xətai rayon Həmkarlar Komitəsinin sədri Maisə Hacıyeva,məktəbin Həmkarlar Təşkilatının sədri Mirvari Cəfərova, Tİ üzrə direktor müavini Nəsirova Aynurə, UBTR Əhmədova Leyla,aparıcılıq vəzifəsini öz üzərinə götürən Tağıyeva Güntəkin ,Orucova Afət müəllimə göstərdikləri diqqət və qayğıya görə məktəb kollektivimiz adından təşəkkür edirik.