Dəyərlərimizi qoruyaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023cü il tarixli əmri ilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin icrası ilə bağlı tədbirlər planının 2.4-Novruz bayramının tarixi,adət-ənənələri,2.5-Xalqımızın adət-ənənələrinin, Novruz adətlərinin yer aldığı kinofilmlərin nümayişinin təşkili haqqında mühazirələr keçirildi. Mühazirədə Novruz bayramının Azərbaycanda mənşəyi ən qədim bayramlardan biri olduğu, Novruz bayramının yaranma səbəbləri haqqında danışıldı. Bu bayramın özünəməxsus adət-ənənələri və bu ənənələrin nəsildən-nəsilə ötürülməsi haqqında məlumlar verildi. Şagirdlərə “Dəli Kür” filmi nümayiş etdirildi.