Anam mənim-dilim mənim

https://www.facebook.com/mekteb59/videos/5699900210118862/
Bu gün məktəbimizdə ibtidai sinif şagirdlərinin öz sinif rəhbərlərinin rəhbərliyi ilə “Anam mənim-dilim mənim,, adlı tədbiri keçirildi.Tədbirdə məktəbin direktoru Əhmədova Pikə xanım çıxış etdi,ana dilinin önəmindən,onun millətin simasını səciyyələndirən mühüm amillərdən biri olduğu haqqında danışdı. Sinif rəhbərləri öz çıxışlarında ananın insan həyatında əvəzsiz varlıq olduğunu qeyd etdilər. Məktəbin valideyni Mirvarid Dilbazi Poeziya məclisinin sədri Güllü Tomarlı və digər valideynlər qonaq qismində iştirak etdilər. Daha sonra şagirdlər öz maraqlı çıxışlarını nümayiş etdirdilər. Sonda valideynlər tədbirin uğurlu keçməsini,övladlarına olan qayğını yüksək qiymətləndirdiklərini vurğuladılar.