İdman həftəs

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə “İdman həftəsi” çərçivəsində 03.03.2023cü il tarixində məktəbin müxtəlif idman yarışlarında uğurlu nəticə göstərən idmançı şagirdləri ilə görüşlər keçirilib. Görüşlərdə dövlətimizin idmana olan qayğısından,həyata keçirilən tədbirlərdən,idman və bədən tərbiyəsinin inkişafı məqsədilə görülən işlərdən danışıldı. İdmançıları əldə etdikləri uğurları münasibətilə təbrik edib,onlara nailiyyətlərinin davamlı olmasını arzu etdilər.