Heydər Əliyev ili

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan olunmuş “DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsi keçirildi. Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən uşaq, yeniyetmə, gənc, habelə, yaşlı nəslin nümayəndəsindən ibarət 12 yaşdan yuxarı 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edildi. İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənməsi üçün seçildi. Məktəbimizin 8A sinif şagirdi Tağıyev Məhəmməd də bu müsabiqəyə qatılaraq növbəti mərhələyə vəsiqə qazanıb.Şagirdimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi