Orxan Ismayılov

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin məzunu olmuş şəhid Orxan Ismayılovun bu gün doğum günüdür . Bununla əlaqədar Orxan Ismayılovun adını daşıdığı siniflər bir daha şəhidin ruhunu ehtiramla yad ediblər , şəhidlərimizin büstü önünə gül dəstələri qoyaraq vətənpərvərlik şeirləri söylədilər . Qonaq qismində Xətai rayonu Icra hakimiyyətinin müavini Mehriban xanım iştirak etdi . Şagirdlərə vətənpərvərlik hisslərinin yüksək səviyyədə aşılanmasına görə müəllim heyyətinə , rəhbərliyə minnətdarlığını bildirdi .