UĞURLARIMIZ

Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyi tərəfindən təşkil olunan " Sahibkar Məktəbli " II respublika müsabiqəsində 355 layihə içərisində Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin bu layihədə aktiv iştirak edən şagirdləri səmərəli fəaliyyətlərinə görə I yerə layiq görülmüşdür . Məktəbimizin adını birincilər sırasına daxil edən şagirdlərə və öz dəstəyini əsirgəməyən layihə rəhbərimiz Ülkər müəlliməyə təşəkkürümüzü bildiririk . Uğurlarının davamlı olmasını arzulayırıq .