Bəxtiyar Vahabzadə yaradıcılığı

Məktəbimizin 9d sinf şagirdləri və Az-dili, Ədəbiyyat müəllimi Məmmədova Gülnarənin təşəbbüskarlığı ilə məktəbimizin oxu zalında Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə gecəsi" keçirilmişdir. Sinif şagirdləri şairin həyat və yaradıcılığı haqqında məlumat vermiş, həzin musiqi sədaları altında onun ən gözəl şeirlərini səsləndirmişlər. Şairin "Ana", "Latın dili", "Xeyir və şər", "Axı dünya fırlanır", "Ata və oğul", "Ömür", "Özümdən narazıyam" və s. kimi şeirləri səsləndirilmiş, "20 Yanvar çıxışı", "Mir Şahinlə müsahibə", "Ana" kimi video-roliklər göstərilmiş, onun sözlərinə bəstələnən mahnılara da yer verilmişdir. Sonda isə məktəb müdriyyəti və dil-ədəbiyat müəllimləri "B.Vahabzadə gecəsi" haqqında öz fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi