Polkovnik - leytenant Babək Ramaldanovun ikinci ildönümü münasibətilə anım günü keçirildi .

17 oktyabr 2022 ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə İkinci Vətən müharibəsi şəhidi Polkovnik - leytenant Babək Ramaldanovun ikinci ildönümü münasibətilə anım günü keçirildi . Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon Icra Hakimiyyətinin ictimai - siyasi şöbəsinin müdiri Pənah İmanov, Qarabağ müharibəsi və silahlı qüvvələrin veteranı , hərbi ekspert Şair Ramaldanov , şəhidlər , qazilər və veteranlar şurasının müdafiəsi şöbəsinin sədri Anar Məmmədov , Mirvari Dilbazi Poeziya məclisinin sədri Güllü Tomarlı , şəhid ailələri və qazilər qonaq qismində iştirak etdilər .