Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 65 illik yubleyi

Aprelin 15-i Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 65 illik yubleyi məktəbimizdə qeyd olundu.Təbirdə qonaq qismində Aşıq Əhliman, Aşıq Şəhriyar, Şairə Cığatel başqa şair və şairələr dəvət olunmuşdu. Azərbaycan və dünya ədəbiyyatından şagirdlərə mütaliəsi tövsiyə olunan yazıçıların əsərlərinin siyahısı hazırlansın, siyahı hər il yenilənsin, məktəb kitabxanaları yeni nəşrlərlə zənginləşdirilsin, dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi təşkil olunsun, şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilsin, şagirdlərin oxuduqları əsərlər əsasında tamaşalar hazırlansı, onların müzakirəsi, eyni zamanda fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələri təşkil edilsin... Təhsil nazirinin sözügedən əmri çərçivəsində aprelin 15-də Xətai rayonundakı Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş keçirildi. Görüş şairin 65 illik ömür yoluna ən gözəl hədiyyə oldu. Məktəbin akt zalı müəllim, şagird və qonaqlarla dolu idi. Hər kəs sevinc içində idi.Aparıcılar - məktəbin 9-cu sinif şagirdləri Səbinə Hacıyeva və Qadir İmanov tədbiri açıq elan etdilər. Sonra Azərbaycanın Dövlət Himni oxundu. Məktəbin şagirdləri Qadir İmanov “Sənin yerin görünəcək”, Fəridə Rəhimli “Gözəldir”, Şəbnəm Məmmədova “Mənim Borçalıda qalan illərim”, Aytəc İbrahimli “Dur ayağa, məmləkətim”, Aytəc Yolçiyeva “Mən ürəyimi ürək kimi saxlamadım”, Leyla Dursunova “Gəl, şəklini çəkim.dünya”, Şahin Hüseynzadə “Atama, müəllimimə” və digər şagirdlər şairin şeirlərini sazın və tarın sədaları altında söylədilər. Sazda Vüsal Əzizov, tarda isə Əziz Əzizov müşayiət etdi. Şagirdlərin gözəl çıxışından duyulurdu ki, bu tədbirin hazırlanmasına müəllimlər ürəklərini, könüllərini veriblər. Əlbəttə ki, məktəbin dil-ədəbiyyat müəllimi, metodbirləşmə sədri, təşkilatçı Qətibə Talıbovanın, dil-ədəbiyyat müəllimi Fəridə Əzizovanın, musiqi müəllimi Münəvvər Əfəndiyevanın, informatika müəllimi Şahnaz Sadıqovanın, tərbiyəçi Aidə Əhmədovanın zəhməti alqışa layiqdir. Bütün tədbirlərdən fərqli olaraq Zəlimxan Yaqubla görüş həm arzu, həm xəyal, həm məsuliyyət, həm sevinc, həm əlçatmaz, həm də qürur idi. Ona görə də hər kəs tədbirə böyük ruh yüksəkliyi ilə, həvəslə, məsuliyyətlə hazırlaşmışdı. Bəli, budur şair ömrü, budur şair ucalığı... Özü demişkən:Ya Qoşqar olasan, ya da Şahdağı,Belə ucalan ucalanda da.Şairin həyat və yaradıcılığına həsr olunmuş kadrlar ekranda işıqlandı.Sonra söz qonaqlara verildi. Aşıq Əhliman, şairlərdən Cığatel İsaqızı, Güllü Eldarqızı, Güləmail Murad, İbrahim İlyaslı, Ömər Qoçulu, Fəridə Ləman Zəlimxan Yaqubu təbrik edib, səmimi çıxışları ilə tədbirin ovqatını çox mənalandırdılar. Aşıq Cahangir, aşıq Şəhriyar sazda şairin sözlərini ifa etdilər. “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin təsisçisi və sədri Əlövsət Qasımov, Bakı şəhəri 147 saylı texniki-humanitar liseyin direktoru Həlimə Mehdiyeva da çıxışlarında şairi təbrik edib, bu tədbirdən məmnunluqlarını bildirdilər.Məktəbin dil-ədəbiyyat müəllimi Qətibə Talıbova isə söylədi ki: “Bəli, bu gün Zəlimxan Yaqubla görüş günüdür. Bütün varlığı xalq poeziyası ilə, saz hikmətilə yoğrulan bu şəxsiyyəti belə yaxından görmək, tanımaq, dinləmək bir ayrı sevincdir. Sağlığında heykəlləşən, Azərbaycan ədəbiyyatında öz sözünü deyən, yaratdığı əsərləri ilə möhürünü basan Zəlimxan Yaqub əslində hər zaman xalqın içində olub. Onun aydan arı, sudan duru xalq poeziyası da xalq ruhunun ləli-cövhəridir”.Məktəbin direktoru Maisə Hacıyeva öz çıxışını belə başladı: “Hörmətli Zəlimxan Yaqub! Ad gününüzü öz adımdan, müəllim və şagird kollektivi adından, qonaqlar adından təbrik edirəm. Bizimlə görüşə gəldiyiniz üçün,13-cildlik əsərinizi məktəbə hədiyyə etdiyiniz üçün, bu sevinci bizlərə ərmağan etdiyiniz üçün çox sağ olun deyir, sizə cansağlığı arzulayıram. Biz çox zaman böyük şairləri, yazıçıları kitabdan oxumuş, uzaqdan-uzağa tanımışıq. Ancaq sizinlə bu görüş sizi daha yaxından tanımağımıza səbəb oldu. Siz bizim dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdaram. Bizim məktəbdə nə qədər müəllimin, nə qədər şagirdin, qonaqlarımızın ürəyində bir daha bərqərar oldunuz. Mən də sizin yaradıcılığınızın bir heyranı kimi bugünkü görüşdən zövq aldım. Və bu təsirlə üzümü sizə tutub deyirəm: var olun, böyük şair! Allah sizi pənahında saxlasın!Tədbirin sonunda xalq şairi Zəlimxan Yaqub bu gözəl təşəbbüsə və təşkilatçılığa görə məktəbin direktoru Maisə Hacıyevaya, tədbirin təşkil edən Qətibə Talıboya müəllim və şagird kollektivinə, qonaqlara təşəkkür etdi və bu tədbirdən çox razı qaldığını bildirdi. Şeirlərini söylədi və sonda xatirə şəkli çəkildi..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi