“Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatmışdır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qaliblərindən biri olan məktəbimizin təqdim etdiyi “Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatmışdır. Bağlanış mərasimində məktəbin direktoru layihə rəhbəri Ulduzxan Abdullayev çıxış edərək təlimdə iştirak edən müdavimlərə öz işlərində uğurlar və müvəffəqiyyətlər arzulamış, eyni zamanda hər bir müdavimə müvafiq sertifikatları təqdim etmişdir. Bağlanış mərasimində iştirak edən müdavimlər də təlim haqqında öz təəssüratlarını bölüşmüş və layihə rəhbərinə təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi