Pedaqoji Şuranın iclası keçirildi

          2025-2026-cı tədris ili üçün Pedaqoji Şuranın iclası keçirildi.İclasda yeni dərs ilində təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, İKT imkanlarının geniş tətbiqi və təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması əsas müzakirə mövzularından oldu.

          İclasda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Səidə Süleymanova yeni tədris ilinin başlaması münasibətilə pedaqoji heyəti təbrik edərək, onlara qarşıda duran bu məsuliyyətli işlərində uğurlar arzuladı.

               Daha sonra direktor müavinləri Pərvanə Ələkbərova və Sevinc Camalovanın 2024-2025-ci tədris ilindəki nəticələr əsasında hazırladıqları hesabatlar pedaqoji işçilərin diqqətinə çatdırıldı. Məktəbin metodisti Rəqsanə İbrahimova da çıxış edərək dərs dinləmələr , planlaşdırma , dərsin təşkili və gedişi, müəllimin dərsdəki fəaliyyəti, şagirdlərin dərsdəki fəaliyyəti, dərslərdə resurslardan istifadə və qiymətləndirmə istiqamətləri üzrə fikirlərini bölüşdü.

Qarşıda duran hədəflər və gündəlikdəki məsələlər müzakirə olunaraq,müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi