Bakı şəhəri 58 nömrəli tam orta məktəb 1926-cı ildə fəaliyyətə başlamışdır. Məktəb 2011/2012-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib elan olunmuşdur. 2014/2015-ci dərs ilində məktəbin binası əsaslı təmir olunmuş və əlavə olaraq yeni tədris korpusu tikilmişdir. 2016-cı ildə Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Məktəb 5 günlük iş rejimi ilə, iki növbədə işləyir. Burada 84 nəfər müəllim çalışır. Şagirdlərin sayı 1327 nəfərdir.
2014-cü ildə keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında məktəbin komandası ölkə üzrə I yerə layiq görülmüşdür.
2015/2016-cı tədris ilində IX sinflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
2017-ci ildə "Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi müsabiqəsinin ən fəal məktəbi" diplomuna layiq görülmüşdür.
2016/2017 , 2017/2018-ci dərs illərində XI sinif şagirdlərinin buraxılış imtahan nəticələrinə əsasən "Yaxşı nəticəli məktəb" statusunu almışdır.
2017/2018-ci tədris ilində XI sinif məzunların 91%-i ali məktəblərə qəbul oluunmuşdur. 1 nəfər 700 bal, 4 nəfər isə 600-dən yuxarı nəticə göstərmişdir.
2023/2024-cü ədris ilində ali məktəblərə sənəd vermiş məzunların 85 faizi qəbul olmuşdur.Bakı şəhəri üzrə buraxılış imtahanrın nəticəsinə görə IX siniflərdə 64 addım irəliləyiş olmuşdur.
Məktəbin VII sinif şagirdi Mirizadə Sübhan Ehtiram oğlu 2023-2024-cü tədris ilində fənn (riyaziyyat) müsabiqəsinin yekun turunda gümüş medal qazanmışdır.
Ağaverdiyev Mirəziz Şahin oğlu cari ilin qəbul imtahanlarında 649 bal toplamışdır.