Məktəbdə "Dövlət Bayrağının tarixi" mövzusunda səyyar mühazirə təşkil edilmişdir
01 aprel 2016-cı il tarixdə Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə "Dövlət Bayrağının tarixi" mövzusunda səyyar mühazirə təşkil edilmişdir. Səyyar mühazirəni Dənizakənarı Bulvar İdarəsinin elmi işçiləri Cəfərli Vüsal və Abbasova Türkan aparmışlar.Olduqca maraqlı keçən mühazirədə məktəbin IX-XI sinif şagirdləri iştirak etmişlər.Məktəbin direktoru Ulduzxan Abdullayev şagirdlərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaq belə mühazirələrin təşkil etdiklərinə görə Dövlət Bayrağı İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.