“Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində təlimlərə başlanılmışdır

Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qaliblərindən biri olan məktəbimizin təqdim etdiyi “Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində təlimlərə başlanılmışdır. Təlimdə ibtidai sinif müəllimləri iştirak etmişdir. İştirakçılar müxtəlif fəaliyyətlərə cəlb edilərərk oxu məzmun xəttininin standartları ilə iş zamanı şagirdlərdə sürətli, şüurlu, düzgün oxu bacarıqların inkişaf etdirilməsi üzrə öz metodlarını zənginləşdirmişlər. Lüğət ehtiyatının oyunlar vasitəsilə zənginləşdirilməsində yeni üsullarla tanış olmuşlar. Eyni zamanda riyaziyyat fənni üzrə tədrisində çətinlik çəkilən məzmun xətləri üzrə praktik tapşırıqlar işləməklə problemləri aradan qaldırmağın yollarını müzakirə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi