"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəbin şagirdi Naxçıvan Muxtar Respublikasına yola salındı
Layihə çərçivəsində məktəbin 10-cu sinif şagirdi Yusifzadə Marat Xəqani oğlu və digər 13 nəfər Xətai məktəbliləri 4 gün ərzində Naxçıvanın müxtəlif rayonlarında tarixi yerləri gəzib Muxtar Respublika ilə tanış oldular. Yola salma mərasiminin iştirakçıları, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, müəllimlər və valideynlər aksiyada iştirak edən məktəbliləri Naxçıvana yola salmaq üçün Xətai rayonunda yerləşən H.Əliyev adına parka toplaşdılar. Rayon rəhbərliyi və şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər. Çıxış edən müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirdilər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, Naxçıvanın görməli yerlərini gəzəcəklər. Sonra şagirdlər Heydər Əliyev hava limanına yola düşdülər. Hava limanında da təntənəli yolasalma mərasimi oldu.