“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir
Tədbirdə Xətai rayonu Polis İdarəsinin rəisi Polis Polkovniki-Muradəli Babayev, Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi Polis Polkovnik leytenantı-İdris Məhərrəmov, 37-ci polis bölməsinin rəisi Polis Polkovnik leytenantı-Bayram İslamov, Respublika Narkoloji Mərkəzinin həkimi-Asif Məmmədli, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi-Dilşad Mahmudova, Veteran polislərimiz və digər polis əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ulduzxan Abdullayev açdı. Xətai rayon Polis İdarəisinin rəisi Muradəli Babayev azyaşlılar arasında törədilmiş cinayətlərin doğurduğu səbəblərdən,polis tərəfindən görülən profilaktik tədbirlərdən geniş bəhs etdi.O, öz çıxışında şagirdləri daha çox bədii ədəbiyyat oxumasına,mütaliyə vərdişlərinə yiyələnməsinə çağırdı. Daha sonra Respublika Narkoloji Mərkəzinin həkimi Asif Məmmədli, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova çıxış etdilər. Şagirdlərdən Şahnaz Hüseynova,Mehriban Əlizadə,Şəfəq Qasımlı,İbrahim Səfərov,Əli Səftərov təkliflər irəli sürdü. Tarix müəllimləri Süsən Seyidova ,Sevinc Camalova çıxış edərək dərs məşğələlərində narkomaniya ilə bağlı söhbət apardıqlarını bildirdilər. Tədbirin sonunda Xətai rayon Polis İdarəsi tərəfindən 9A sinif şagirdi Hüseynova Şahnaz Ədalət qızına“Ən fəal iştirakçı” mükafatı təqdim olundu.