Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi
Məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir ilk olaraq dövlət himni ilə başladı.Daha sonra faciənin səbəbləri, soyqırım qurbanları haqqında məlumat verildi, onların xatirəsi hörmətlə anıldı.Məktəbin akt zalında təşkil olunmuş anım mərasimində ibtidai sinif şagirdləri isə Xocalı haqqında şeirlər deyərək bu faciənin qurbanlarından bəhs edən səhnəciklər təqdim etdilər.